Litvanı heyrətə gətirən azərbaycanlı transseksual danışdı - YENİLƏNİB
19 avqust 2014 19:02 (UTC +04:00)

Litvanı heyrətə gətirən azərbaycanlı transseksual danışdı - YENİLƏNİB

 

"Artıq mənim adım Aqness Landaudur və cinsiyyətimi də dəyişmək istəyirəm”.

 

Bunu Litvada yaşayan azərbaycanlı transseksual Raul Məmmədli Lent.az-a açıqlamasında bildirib. O qeyd edib ki, haqqında yazılan informasiyanın adıyla bağlı hissəsi köhnədir. "Mən artıq adımı dəyişmişəm. Məni bu adla təqdim edin".

 

 

***

Litvada yaşayan azərbaycanlı stilist “qadın”-ın şəkilləri ölkədə qızğın müzakirələrə səbəb olub. Lent.az-ın xəbərinə görə, üç ildir Litvada yaşayan 20 yaşlı Raul Məmmədlinin qadın paltarında çəkdirdiyi fotolar sosial şəbəkə istifadəçilərinin müzakirə predmetinə çevrilib.  

 

Şəkilləriylə litvalı kişilərin ağlını başından çıxaran R.Məmmədli kişilərin ona həddindən çox diqqət yetirməsindən təəccüblənmir: “Çox kişilər mənimlə danışan zaman kişi olduğumu hiss etmirlər. Gecə klubunda olarkən bir oğlan yaxınlaşıb dedi ki, heyf ki, sən qız deyilsən. Biri yaxınlaşıb telefon nömrəmi istədi”.

 

R.Məmmədli cinsiyyətini dəyişmək barədə hələlik düşünmür: “Hazırkı görkəmim məni qane edir”. 

 

Mənbə: warnet.ws

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10042
avatar

Oxşar yazılar