Litva prezidenti ilə görüşən gənc müğənnimiz kimdir?
18 iyul 2014 15:05 (UTC +04:00)

Litva prezidenti ilə görüşən gənc müğənnimiz kimdir?

“Baltika 2014” beynəlxalq folklor festivalında çıxış edən gənc müğənni Kamil Cəfərov vətənə qayıdıb. Lent.az-ın məlumatına görə, Litva prezidenti xanım Dalya Qribauskaytenin qəbulunda olan Kamil iyulun 17-də Azərbaycana qayıdıb. İfaçı təəssüratlarını Lent.az-a bölüşüb: “Çox şadam ki, Azərbaycanı Litvada musiqi festivalında təmsil etdim. Ən yadda qalan çıxış bizim “Qarabağ muğam” qrupumuz oldu. Məni tarda Ramin Rüstəmov, kamançada İlxas Məmmədov müşayiət edirdi. Çıxışımızdan sonra Litvanın mədəniyyət naziri, növbəti gündə isə Litva prezidenti bizimlə görüşmək istədiyini söylədi. Litvanın prezidenti və biz də görüşdən məmnun qaldıq. O bizə sənət uğurları arzulayaraq, Azərbaycan musiqisini çox sevdiyini söylədi”.

 

Səfərdən qayıdan müğənni yaradıcılığında olan yenilikdən də söz açıb: “Söz və musiqisi iş adamı Ruslan Ahmadoğluya, aranjemanı Eyyub Yəhyayevaya məxsus “Qayıt gəl” adlı mahnını lentə aldırmışam. Düşünürəm ki, bu bəstə də digər mahnılarım kimi seviləcək. Klip də çəkdirməyi düşünürəm”.

 

Qeyd edək ki, “Xalq ulduzu” yarışmasının yadda qalan iştirakçılarından olan Kamil Cəfərov xalq artisti Canəli Ələkbərovun tələbəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1780
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07