Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva həyat yoldaşı Emin Ağalarovun Bakıda keçirilən konsert proqramında iştirak edib.
Lent.az-ın azvision-a istinadən verdiyi məlumata görə, bu barədə prezidentin digər qızı Arzu Əliyeva facebook səhifəsində qeyd edib.
A.Əliyeva konsertdən çəkilən fotonu da səhifəsində paylaşıb.
Qeyd edək ki, ötən gün Emin Ağalarovun “Sea Breeze” otelində möhtəşəm konserti olub. Gecənin əsas qonağı britaniyalı müğənni Kreyq Devid idi.