Lətifə Soyuözdan daha bir yenilik
11 fevral 2014 10:24 (UTC +04:00)

Lətifə Soyuözdan daha bir yenilik

Vokal ifaçısı Lətifə Soyuöz yeni layihələr üzərində işləyir. Lətifənin Lent.az-a verdiyi məlumata görə,  ifaçı yeni mahnı yazdırıb. Mahnının bəstəsi Günel Sərdarqızına aranjemanı isə Yaşar Baxışa məxsusdur. Müğənninin yeni layihəsi iki fərqli musiqi janrını özündə birləşdirib: “Əslində, mən rok və opera ifaçısıyam. Bu iki janrı sintez etməyi çox sevirəm. Yeni mahnımda rok da var, ancaq ikincini hələ açıqlamayacağam. Bir onu deyə bilərəm ki, bu, mənim özüm üçün də yenilik və dəyişiklik oldu. Düşünürəm ki, dinləyicilərim üçün də bu, əsl sürpriz olacaq. Mahnını sevə-sevə ifa etdim və sevdiyim ritmlər məhz bu musiqidə birləşib”.

 

Lətifə mahnının daha bir özəlliyindən də söz açıb: “ Mahnı Londonda, Madonna, Rihanna, Elton John kimi dünya ulduzlarının mahnı yazdırdıqları bir şirkətdə yazılıb. Yüz faiz hit olacağına əminəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979

Oxşar yazılar