Lalənin əri ona “... içdiyin qaba tüpürmə” dedi
02 dekabr 2013 12:32 (UTC +04:00)

Lalənin əri ona “... içdiyin qaba tüpürmə” dedi

Əməkdar artist Lalə Məmmədova Liderin “Pərdə” verilişində həyat yoldaşı İlham Qafarovun ona xəyanət etdiyini söyləyib. Lent.az-ın məlumatına görə, İ.Qafarov bu məsələ ilə bağlı vesti.az-ın əməkdaşına açıqlama verib. O, Laləyə xəyanət etmədiyini vurğulayıb: “


"Lalənin mənim barəmdə dediyi sözlər düz deyil. Ayrılmağımıza səbəb düşmənlərimizin və Lalənin rəfiqələrinin şər atmasıdır. O, məni xəyanətdə günahlandırmazdan əvvəl gərək məni yoxlayıb dəqiqləşdirərdi. Ailədə söz-söhbət olur. Bu məsələni onunla sakit danışmaq, yoluna qoymaqda olardı. Arada insanlar var ki, Laləni mənə qarşı qızışdırdılar. Heç həmin insanların öz şəxsi həyatı yolunda deyil. Lalə ana olmağa hazırlaşır, ona görə də, ləyaqətinə toxunmaq istəmirəm. Lakin onu bildirim ki, Allah hər şeyi görür və gec-tez haqq yerini tapacaq”.
 

 

İ.Qafarov onu da əlavə edib ki, övladı dünyaya gəlmədiyinə görə, boşana bilmirlər: “Hələ körpə dünyaya gəlməyib deyə rəsmən boşana bilmirik. Səkkiz ildə ona yaxşı həyat yoldaşı, əsl dost olmuşam. Onu həm mənəvi, həm maddi cəhətdən dəstəkləmişəm. Yaxşı bir məsəl var: heç vaxt su içdiyin qaba tüpürmə".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3902
avatar

Oxşar yazılar