Lalə Məmmədova boşanır
10 sentyabr 2013 15:52 (UTC +04:00)

Lalə Məmmədova boşanır

Son vaxtlar mətbuatda əməkdar artist Lalə Məmmədovanın həyat yoldaşından boşanması ilə bağlı yayılan məlumatların ardı-arası kəsilmir. Tanınmış müğənninin ikinci dəfə ana olmağa hazırlaşması barədə xəbərdən sonra da bu söz-söhbətlər səngimədi. 

 
Həm Lalə xanımı, həm də onun həyat yoldaşı İlham bəyi yaxından tanıyan, hər ikisi ilə dostluq edən, evlərinə gediş-gəlişi olan bir insan kimi eşitdiyim xəbərlərə qətiyyən inanmamışdım. Nümunəvi ailə kimi tanıdığım bu cütlükdən məsələ ilə bağlı nəsə soruşmağa tərəddüd edir, bəlkə də çəkinirdim. Amma eyni zamanda həqiqəti bilmək istəyirdim. Beləcə, uzun götür-qoydan sonra sonunda yayılan xəbərlərlə bağlı hər ikisinin fikrini öyrənmək qərarına gəldim. 
 
Düzünü desəm, telefonun dəstəyini qaldırıb zəng vuranda da böyük hörmət hissi bəslədiyim bu insanlardan “Boş söz-söhbətdir danışırlar” cavabını eşidəcəyimə əmin idim. Ta ki Lalə xanımdan bu üzücü sözləri eşidənədək: “Bu haqda çox danışmaq istəmirəm. Bircə cümlə ilə cavab verəcəyəm. Mənim sevdiyim bir ifadə var – Allah heç kimin ağlını başından almasın”.
 
Yayılan xəbərləri müğənninin həyat yoldaşı İlham bəy də təsdiqlədi. Amma onun Lalə xanımdan ayrılmağa hələ qəti qərar vermədiyini eşidəndə çox sevindim. Ayrılıqlarının səbəbini o, belə izah etdi: “Səbəb nə ola bilər?! Təbii ki, şou biznes və Lalənin ətrafında olan şou-biznes nümayəndələri. Amma hələ qəti qərar verilməyib. Boşanmaq üçün rəsmi ərizə ilə məhkəməyə müraciət etməmişəm. Lalə ana olmağa hazırlaşır. Belə bir həssas dönəmdə onu incitmək istəmirəm. İnşallah Yeni il ərəfəsində övladımızı dünyaya gətirəcək. Ondan sonra baxarıq. Kim bilir, bəlkə barışdıq”./press24.az/
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3399
avatar

Oxşar yazılar