Kosta-Rika hakimiyyəti dövlət zooparkını bağlamağı və bütün heyvanların sərbəst buraxılmasını planlaşdırır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, San-Xose şəhərindəki Simon Bolivar adına zooparkı botanika bağı olacaq.
Ətraf mühit naziri Rena Kastro məsələyə münasibə bildirərkən deyib: «Yaxşı bəsləsək də nənəmin tutuquşusu imkan düşən kimi uçub getdi. Mən bundan çox təsirlənmişdim. Biz lazım olan hər şeyiş ona vermişdik. Ancaq o, ilk fürsətdə uçdu».