Kiyevdə Lenin heykəlinin yerinə qızılı «unitaz» qoyulub
04 fevral 2014 06:31 (UTC +04:00)

Kiyevdə Lenin heykəlinin yerinə qızılı «unitaz» qoyulub

Kiyevdə Bessarabiya meydanında Leninin heykəli dağıdılandan sonra onun yerində qızılı «unitaz» qoyulub.

 

Lent.az-ın  «gazeta.ru»-ya istinadən məlumatına görə, aksiyaçılar bununla ölkədəki korrupsiyanı simvollaşdırıblar.

 

Yeni «heykəl» adi unitazdır, aksiya iştirakçıları onu sarı boya ilə rəngləyib.

 

Bundan başqa qızılı rəngin təsadüfən seçilmədiyi bildirilib. Mənbənin nəzərincə, avromaydançılar həmin rənglə prezident Viktor Yanukoviçi yada salıb və unitazın ona məxsus olduğunu çatdırmaq istəyib.

# 1178
avatar

Oxşar yazılar