“Kelebeğin Rüyası” filminin çəkilişləri üçün 18 kilo çəki verməyə məcbur olan Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğun səhhətində pisləşib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, dietoloqun zülal pəhrizindən sonra xeyli arıqlayan Kıvanç özünü yaxşı hiss etmədiyi üçün Nişantaşındakı özəl klinikaya üz tutub. Həkimlərin müayinəsindən sonra məlum olub ki, ona tətbiq olunan pəhriz qaraciyərində ciddi problemlər yaradıb.
Tanınmış aktyoru müayinə edən doktor Serdar Erkan bildirib ki, Kıvanç əgər bu pəhrizə son deməsəydi, serroz ola bilərmiş: “İnsanın bədəninə həddindən artıq zülal yükləmək olmaz. Orqanizm bu zülalı saxlaya bilməz. Zülallar parçalanır və bunun nəticəsində zəhərli bir maddə olan ammonyak ortaya çıxar. Ammonyak həm qaraciyərə, həm də beynə ağır bir şəkildə təsir edə bilər”.
Qeyd edək ki, Kıvançın etdiyi zülal dietasına bunlar daxildir: hər gün idman etmək, bir kilo ət yemək və zülal yağı içmək.