Keçmiş xanımı prezidentdən ayrılmasının səbəbini açıqlayıb
29 yanvar 2014 07:25 (UTC +04:00)

Keçmiş xanımı prezidentdən ayrılmasının səbəbini açıqlayıb

Fransa prezidentinin vətəndaş nikahı ilə yaşadığı keçmiş xanımı Valeri Trierveylerin qənaətincə, Fransua Ollandın hakimiyyətə gəlməsi onların münasibətinin pozulmasına səbəb olub.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda «Lö Fiqaro» qəzeti xəbər yayıb.

 

Valeri Trierveyler bildirib ki, Yelisey sarayında qaldığı müddətdən nəticə çıxarmaq hələ tezdir. Hindistana səfəri öncəsi jurnalistlərlə danışan prezidentin keçmiş xanımı ərinin dövlət lideri olacağını heç vaxt arzulamayıb.

 

«Daxildə çox saydı yaltaqlıq, xəyanət gördüyümdən siyasilərə qarşı «peyvənd» olunmuşam»-deyən, Valeri Trierveyler bildirib ki, siyasi jurnalistika ilə məşğul olmaq niyyətində deyil.

 

O, gələcəkdə siyasətlə deyil, humanitar sahədə çalışacağını vurğulayıb.

 

Prezidentin keçmiş məşuqəsi qeyd edib ki, ölkənin birinci xanımı olarkən ürəyinə yatan gördüyü iş aztəminatlı ailələrə etdiyi yardımdır.

 

Prezidentlə hazırkı münasibətləri haqda suala cavabında o, deyib: «Biz savaşmırıq. Hərdən zəngləşirik».

# 2064
avatar

Oxşar yazılar