Fransa prezidenti Fransua Ollandın vətəndaş nikahında olmuş keçmiş xanımı Valeri Trierveyler jurnalistlər gələcək fəaliyyəti ilə bağlı açıqlama verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, bioqrafik kitab yazmağı planlaşdırır. Həmin kitabda keçmiş illəri və siyasətçi ilə birgə həyatı öz əksini tapacaq.
Keçmiş jurnalist xanım bildirib ki, Ollandla münasibəti yaxınlarda, prezidentin aktrisa Jüli Qaya ilə əlaqəsi haqda xəbərdən sonra pozulub.