Keçmiş fahişə fahişəliyə qarşı kitab yazıb
01 iyul 2014 06:14 (UTC +04:00)

Keçmiş fahişə fahişəliyə qarşı kitab yazıb

Keçmiş “çağrışa gedən”, 36 yaşlı avstraliyalı Qvinet Monteneqronun “10.000 kişi və sayğac” adlı kitabı işıq üzü görüb.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, o, bu kitabda “peşəsi” haqda ətraflı məlumat verir.

 

10.091 kişi ilə yatan bu qadın dindar xristian ailədə anadan olub. Əvvəllər “yaxşı bir kişiyə ərə getməyi arzulayıb”.

 

18 yaşın o, bir qrup tərəfindən zorlanıb. Bir sonra o, erotik rəqqasə olub. Yuxarı sinfi şagirdlərinin diqqətini özünə cəlb edib. “Onlar məndə heç vaxt olmayan əminlik yaratdı” -deyə, Monteneqro yazıb.

 

Barəsində yazılan məqalədə bildirilib ki, 77 yaşlı anasını rüsvay etməmək üçün o, Qvinet Monteneqro təxəllüsünü götürüb. Bununla belə kitabdakı fotolar onun öz şəkilləridir.

 

29 yaşında o, seks-biznes sahəsindən ayrılıb. Pilot vəsiqəsi alıb. Ancaq böyrəyində ağrılar olduğundan yenidən əvvəlki peşəsinə qayıdıb. İndi kitab yazmaqla məşğuldur. Bunu etməkdə məqsədi qadınları fahişəlikdən uzaqlaşdırmaqdır.

# 2199
avatar

Oxşar yazılar