Bu günlərdə “Blood Moon Productions” nəşriyyat evi “Jaklin Kennedi Onassis, Onun ən cəsarətli arzular” (“Jacqueline Kennedy Onassis, A Life Beyond Her Wildest Dreams”)
adlı kitab çapdan çıxıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, kitabın müəllifləri Darvin Porter və Danfort Prinsdir.
Kitabda ABŞ prezidenti Con Kennedinin dul xanımı Jaklin Kennedinin çoxsaylı sevgi macəraları təsvir edilib. Mənbə bildirib ki, prezidentin dul qalmış xanımının soyuq, maraqsız unudulmuş, kişilərlə bağlı dedi-qodulara etinasız yanaşan nüfuzu olub.
Ancaq müəlliflər həmin stereotipləri təkzib ediblər. Onlar bildirib ki, Jaklin çox ehtiraslı qadın olub. O, prezident Kennedinin xanımı olanda və ondan sonra çoxlu sayda kişi ilə intim münasibət saxlayıb.
Onun məşuqları arasında Hollivudun ulduzları - Uorren Bitti, Pol Nyumen, Uilyam Holden, Qreqori Pek, Marlon Brando, habelə Nyu-Yorka yalnız ona görə köçdüyü Frenk Sinatrın adları sadalanıb.
Müəlliflər Jaklinin qaynı, senator Robert Kennedi ilə davamlı münasibətini də ətraflı təsvir ediblər.
Hətta qaynı ilə sevgi macərası yaşayanda da o, başqa kişilərlə də intim münasibət saxlayırmış. Onların arasında ABŞ-ın müdafiə naziri Robert Maknamar, onun müavinləri- Rosvelle Gillpatrik və 62 yaşlı Antonio Harriges, az qala ailə quracağı Roma Papasının səfiri də var.