Müğənni İzzət Bağırov soyadını dəyişib.
Lent.az-ın "axşam.az"a istinadən xəbərinə görə, sənətçi soyadını “Bağırzadə” etdirib. Bu haqda ifaçı “Günəbaxan” verilişində qonaq olarkən deyib:
“Çoxdan dəyişmişəm. Bir neçə proqramda belə təqdim olunub. Amma bu gün ətraflı çatdırmaq istədim. Ata-babalarımın da soyadı Bağırov olub. Mən də yeni qanuna uyğun Bağırzadə etdirdim. Bizi səhnədə tanıyıblar. Bağırovu istəmədim, -zadə sonluqlu soyad daha yaxşıdır. Aparıcılara neçə dəfə demişəm ki, məni “Bağırzadə” kimi təqdim edin”.