“Çox əsəbiyəm, bunu özümə həmişə irad tuturam. O qədər telefon sındırmışam ki... Əsəbiləşən kimi telefonumu yerə çırpıram “.
Bu sözləri müğənni İzzət Bağırov deyib. Axşam.az-ın məlumatına görə, sənətçi son vaxtlar əsəbilərini cilovlaya bilməməkdən şikayətlənib:
“İnsanların məni başa düşməməsindən, nəyəsə təhrik etməsindən acığım gəlir. Bir də görürsən ki, durub kiminsə haqqında bilmədiklərini danışırlar. Acığım tutur ki, görmədiyini niyə danışırsan?
Psixikam tamam pozulub. Hamısı da tıxacların ucbatından. Ona görə də çox vaxt avtomobili sürücüyə həvalə edirəm.
Bizdə maşın sürən qız görən kimi hamı sataşmağa başlayır. Bütün bunlar mənə çox pis təsir edir”.
Özünü bir vaxtlar alış-veriş düşkünü adlandıran İzzət son zamanlar pullarını yığır:
“Əvvəl çox bədxərc idim. Xüsusən də geyimə pul xərcləyirdim. Bir-iki dəfə geyinəndən sonra da kiməsə bağışlayırdım. Son zamanlar 100 faizlik alış-verişi 20 faizə endirmişəm. Bu simiclik deyil ha... Sadəcə israfçılıq etdiyimi düşündüm. Allah da bunu sevmir”.