KATOLİKLƏR ŞOKDA: Rahibənin uşağı olub - YENİLƏNİB
20 yanvar 2014 12:45 (UTC +04:00)

KATOLİKLƏR ŞOKDA: Rahibənin uşağı olub - YENİLƏNİB

İtaliyada mədə ağrısı ilə xəstəxanaya aparılan rahibənin hamilə olduğu məlum olub. Doğuşa qəbul edilən qadın 3.5 kiloqram ağırlığında oğlan dünyaya gətirib. 32 yaşında olan rahibənin həkimlərə, "Hamilə olduğumu bilmirdim. Sadəcə mədə ağrısı çəkirdim" - dediyi bildirilir.

İtaliya xəbər agentliyi "ANSA"nın məlumatına görə, uşağa katolik dünyanın tanınmış müqəddəsi Assili Françeskonun adı verilib. Roma yaxınlığında Rietidə baş verən hadisəni digər rahibələr çaşqınlıqla qarşılayıb.

APA TV-nin "La Repubblica" qəzetinə istinadən xəbərinə görə, Rieti yepiskopu Delio Lukarelli hadisədən böyük bir utanc hissi ilə keçirdiyini deyib. Yepiskopluqdan rahibənin dini həyatdan uzaqlaşaraq oğluna yaxın dünyəvi bir həyat seçə biləcəyini, yepiskopluğun ona əvvəlki kimi yaxın olacağını bildiriblər.

***

04:07

İtaliyada mədə ağrısı adı ilə xəstəxanaya aparılan Əl-Salvadordan olan bir rahbənin doğması ölkədə çaşqınlıq yaradıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bu haqda İtaliyanın «ANSA» xəbər agentliyi informasiya yayıb. Olay Roma yaxınlığındakı Riet rayonunda baş verib.

 

Rahibə 3,5 kq ağlığında korpəni dünyaya gətirib. O, hamiləliyində xəbərsiz olduğunu söyləyib. 32 yaşlı rahibə həkimlər bunları deyib: «Hamilə olduğumu bilmirdim.Sadəcə olaraq mədəm ağrıyırdı».

 

Ona katloik papasının lideri Franceskonun Adı verilib.

 

Rietdəki kilsəsinin yepsikopu Dellio Lucarelli bu olayı «kilsə üçün utandırıcı» ə adlandırıb.

 

Yerli bələdəiyyə sədri isə hamıya etdikləri yardımı rahibəyə də edəcəklərini söyləyib.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5316
avatar

Oxşar yazılar