İranlı ayətullah: «Eynşten müsəlman və şiə olub»
19 mart 2014 06:27 (UTC +04:00)

İranlı ayətullah: «Eynşten müsəlman və şiə olub»

Martın 14-də müasir fizikanın yaradıcısı Albert Eynşteynin 135 yaşı tamam olub.

Dünya yəhudiləri və elmi ictimaiyyət onun doğum gününü qeyd edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən İranın tanınmış din xadimi ayətullah Məhəmmədrza Məhdəvi Kəni bu alimə  münasibətdən kənarda qalmayıb. O, deyib ki, Eynşteynin islam dininin şiə məzhəbini qəbul etməsi haqda dəlillər var.

 

«Eynşteyn islamı qəbul etdiyini və imam Cəfər Sadiqin yolunu davam etdirdiyini yazıb. Bu haqda xarici kitablarda da yazılıb.  O, Məhəmməd Peyğəmbərin meracı haqqında eşidəndə  bu sürətin işıq sürətindən daha çox olduğunu yazıb» -deyə, Kəni bildirib.

 

Ayətulla bunun «nisbilik nəzəriyyəsi» olduğunu söyləyib.

 

Mənbə bildirib ki, müsəlman din xadimləri əvvəllərdə bu sayaq bəyanatla çıxış edib.

 

Mərhum ayətullah Hüseyn Burucerdi bildirmişdi ki, bu haqda alimdən məktub alıb və həmin məktubda Eynşteyn islamı «dinlərin arasında ən elmi» adlandırıb.

 

Ancaq bu din xadiminin  ardıcılları həmin sənədi tapa bilməyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2659

Oxşar yazılar