Müğənni İradə İbrahimova ifa etdiyi “Olmamalıydı” adlı mahnıya çəkilmiş klipini təqdim edəcək. Lent.az-a açıqlama verən müğənni bildirib ki, ekran işinə təqdimat mərasimi keçirməyi düşünməsədə, lakin yayımından öncə Bakıya gəlməyi düşür. O, bildirib ki, klip təqdim olunan zaman mətbuata və telekanallara açıqlama verəcək. Türkiyədə Gülşən Aybabanın ekranlaşdırdığı klipin yayımı həm Azərbaycan, həm türk kanalları üçün nəzərdə tutulub.
"Onu da əlavə edək ki, 16 saatda tamamlanan klip, təxminən 40 nəfərlik bir qrupla Kilyos'da çəkilib.
Qeyd edək ki, “Olmamalıydı” adlı bəstənin söz və musiqisi Şəhrazata aranjemanı isə Ozan Çolakoğluna məxsusdur.