Türkiyəli iş adamı ilə evli olan İradə İbrahimovanın ailəsində ağır itki baş verib. Lent.az-ın məlumatına görə, İ.İbrahimovanın qayınatası Zafer İzər dünyasını dəyişib. Müğənni bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “ Gözəl həyat tərzi seçərək hamımıza örnək olan sevimli qayınatam, mənə “gəlinim” deyil, həmişə “qızım” dedin. Səni əsla unutmayacağıq. Məkanın cənnət olsun. Allah rəhmət eləsin!”.
Qeyd edək ki, İ.İbrahimova 2009-ci ildə Ceyhuz İzərlə adlı bəylə ailə qurub. Həmin evlilikdən 1 qızı var.