İndoneziyada piton restoran gözətçisini boğub
28 dekabr 2013 07:18 (UTC +04:00)

İndoneziyada piton restoran gözətçisini boğub

İndoneziyanın Bali adasında Sanur kurort bölgəsində dəbdəbəli mehmanxananın yaxınlığında piton ilanı restoranın gözətçisini boğub.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, «Bali Hyatt» otelinin təhlükəsizlik xidməti bildirib ki, ilan yolla sürünərkən gözətçi onun başından və quyruğundan tutaraq, kənara atmaq istəyib. Bu zaman 4,5 metr uzunluğunda olan piton həmin kişiyə dolanaraq, gözətçinin boynunu qırıb, boğub.

 

Ətrafdakı insanlar olaydan qorxaraq, gözətçiyə yardım edə bilməyib. Hadisə yerinə polis gəlib. İlan isə sürünərək, kolluqda gizlənib. Onu tapa bilməyiblər. Polis yerli əhalini və turistləri ehtiyatlı olmağa çağırıb.

 

Mənbə xatırladıb ki, dekabr  və yanvar aylarında Baliyə çoxlu xarici turist səfər edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1804
avatar

Oxşar yazılar