Yeni klipini mediaya təqdim etməyə hazırlaşan xalq artisti Aygün Kazımovanın qızı müğənni İlqarə Kazımova “İnstagram” səhifəsində müzakirələrə səbəb olacaq foto paylaşıb. Lent.az-ın məlumatına görə, İlqarə anasının dodağından öpərkən lentə aldırdığı fotonu öz səhifəsinə yükləyib. Həmin şəkil sosial şəbəkədə müzakirələrə səbəb olub.
Qeyd edək ki, İ.Kazımova yaxın günlərdə “Yenə yenə” adlı mahnısına çəkilmiş klipi mediaya təqdim edəcək. Ekran işinin rejissoru Anar Hüseynov, prodüseri isə xalq artisti A.Kazımovadır.