“Elə müğənni var ki, rəhmətə getmiş dünya ulduzlarının paltarlarını geyinir". Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti İlhamə Quliyeva “ATV maqazin” verilişinə müsahibəsində deyib. İ. Quliyeva şou-biznes nümayəndələrini sərt ənqid edib: “Onun-bunun paltarını, çəkməsini geyinib, yerişini yeriyə bilməyənlərə demək istəyirəm ki, gərək hər kəsin öz yolu olsun. Müğənni var ki, gedib toyda oxuyur, sonra bəylə gedib oteldə qalır. Bəy evinə getmir, sonra müğənni ilə görüşməyə başlayır. Zərgəri əlinə keçirən müğənni onun daş-qaşını, pulunu sağır. Sonra danışmağa dili də olur. Bir desələr, beş deyərəm. Görün, bunlar özlərini kiminlə müqayisə edirlər. Adam gərək birinci güzgüyə baxa. Üzləri botoksdan partlayır, ağız-burun formasını itirib. Özünün 60 yaşı var, başqalarının yaşından danışır. Bakı balaca şəhərdi, hamı bir-birini tanıyır. Nə qədər səsim, görünüşüm yerindədirsə, səhnədə olacam. Bu da yəqin ki, 35-40 il çəkəcək”.

Oxşar yazılar

Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33