İlhamə - Nazpəri məhkəməsi davam edir
28 iyun 2013 15:47 (UTC +04:00)

İlhamə - Nazpəri məhkəməsi davam edir

Bu gün xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə Nəsimi rayon Məhkəməsində məhkəmə prosesi keçirilib.

 

İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva APA-ya açıqlamasında bildirib ki, proses iyulun 2-də davam edəcək: “Hakim Etibar Hümbətovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qarşı tərəf, yəni Nazpəri Dostəliyevanın vəkili çıxış üçün vaxt istədiyinə görə proses iyulun 2-də davam edəcək”.

 

Qeyd edək ki, İlhamə Quliyevanın şikayət ərizəsi aprelin 23-də Nəsimi Rayon Məhkəməsinə təqdim olunub. İlhamə Quliyeva iddia ərizəsində Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib. Bundan öncə isə iyunun 10-na təyin edilmiş məhkəmə prosesi hakimin dəyişməsi səbəbindən təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1605
avatar

Oxşar yazılar