İlham Mirzəyevə hücum edənlərə cinayət işi açılıb
04 iyul 2013 12:14 (UTC +04:00)

İlham Mirzəyevə hücum edənlərə cinayət işi açılıb

Keçən ayın ortalarında - iyulun 14-də üzü maskalanmış 4 nəfərin silahlı basqınına hücumuna məruz qalmış tanınmış teleaparıcı İlham Mirzəyevin işi barədə Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, özü və ailəsi ölümlə hədələnən teleaparıcı Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna və Bakı şəhər Prokurorluğuna müraciət etdiyindən məlum hadisə aidiyyatı qurumları nəzarəti altındadır. 

Özünün və ailəsinin təhlükə altında olduğunu başa düşən İlham Mirzəyev dərhal yaşadığı ərazidəki Nərimanov rayon Prokurorluğuna və Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etsə də, iş hadisənin baş verdiyi Yasamal Rayon Polis İdarəsinə göndərilib. İlham Mirzəyev şikayətində hücum edən şəxslərin silahlı olduğunu deyib. Teleaparıcı bununla yanaşı ölkə başçısına və dövlətin hüquq-mühafizə orqanlarına müraciət edərək özünün, həyat yoldaşının və iki azyaşlı uşağının təhlükəsizliyinin təmin edilməsini istəyib. 

İlham Mirzəyevin peşə fəaliyyəti ilə bağlı, aparıcısı olduğu “Etibar edin” proqramına müraciət edən şikayətçiyə yardım etdiyi üçün təzyiqə məruz qaldığı bildirilir: “Mən ad günümü bu hadisəyə görə polis və prokurorluqda keçirməli oldum. Bununla belə dövlətin öz vətəndaşına göstərdiyi münasibətdən çox razıyam, həm ölkə başçısı İlham Əliyevə, həm daxili işlər naziri Ramil Usubova, həm də Bakı şəhər Prokurorluğunun Ərizələrə baxılması şöbəsinin prokuroru Məmməd Əliyevə minnətdarlıq edirəm. Çünki mən hadisə ilə bağlı birinci şəhər prokurorluğuna zəng vurmuşdum”.

 
Qeyd edək ki, 47 yaşlı İlham Mirzəyevin 10 və 2 yaşlarında iki övladı var. Yaşananlar üzündən qorxu və təşviş içində olan ailə yaşadıqları evi tərk etməyə qorxurlar. Bir sözlə, ailə ev dustağına çevrilib. 

Xatırladaq ki, Azərbaycanın tanınmış teleaparıcısı İlham Mirzəyev axşam saatlarında çalışdığı "Space" kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən başqa bir avtomobildən 4 nəfər düşərək ona hücum edib. Tanınmamaq üçün üzlərini qrimləyən dəstə teleaparıcının özünü və ailəsini ölümlə hədələdikdən sonra sərbəst buraxıb. İlham Mirzəyev yaşadıqlarından şoka düşüb. Bu zaman yaxınlıqda olan şəxslər, aparıcıya yardım göstəriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1829
avatar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07