Hüseyn Dəryanın doğum günündə ikinci həyat yoldaşından TƏSİRLİ SÖZLƏR
29 iyun 2014 17:20 (UTC +04:00)

Hüseyn Dəryanın doğum günündə ikinci həyat yoldaşından TƏSİRLİ SÖZLƏR

Bu gün mərhum reper Hüseyn Dəryanın doğum günüdür. Lent.az-ın məlumatına görə, reperin doğum günündə bir çox sənətçilər sosial şəbəkədə onu anıblar. Ən maraqlı və təsirli sözləri isə Hüseyn Dəryanın ikinci həyat yoldaşı Sona Muradova "facebook"da yazıb. O, mərhum həyat yoldaşına bu sözləri ünvanlanlayıb.

 

"Sevgilim, bu gün sənin ad günündür. Ağrı içindəyəm, çünki hər il sənə kiçik də olsa hədiyyə alırdım. Yanağından öpürdüm. Bu il edə bilmirəm bağışla. Həyatımda yaşadığım ilk və son sevgim sən oldun. Xoş günlərimizi xatırlayıb, ağlamaqdan başqa əlimdən bir şey gəlmir. Ruhun şad, yerin cənnət olsun. Bağışla səhhətim yol vermədiyi üçün qəbir ziyarətinə gələ bilmirəm. Amma yanımdasan, hiss edirəm. Səninlə keçirdiyim o gözəl günləri, dəlilikləri, bir yerdə etdiyimiz sevgi etiraflarını unutmağım mümkün deyil. İndi kənardan seyr edib, sadəcə  gülürəm. Bilirsən nəyə? Sənə narkoman, pulsuz deyib, qapı bağlayanlar indi roldan-rola girirlər. Sənin haqında heç bir məlumatı olmayan insanlar səninlə bağlı xatirəsi varmış kimi danışanda nifrət edirəm. Amma susuram. 7 il sənlə əziyyət çəkən tək bir ad var idi: Sona. Səni necə varsan, elə qəbul etdi. Mənə sevgini sübut etmək üçün dəyişəcəyinə söz verdin və onu tutdun. Hüseyn, səni həmişə sevdim, qəlbimdəsən, həmişə də sevəcəm. Ad günün mübarək".

 

 

Xatırladaq ki, H.Dərya bu ilin martın 15-də Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsindən sonra dünyasını dəyişib. Belə ki, mərhum reper idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı yük maşına çırpılmışdı.

 

 

Qeyd edək ki, 1975-ci ildə anadan olan mərhur reperin birinci evliliyindən qızı, ikincisindən isə bir oğlu var.

 

# 4838
avatar

Oxşar yazılar