Hollandiya fahişələri dövlət pensiyası tələb edir
19 dekabr 2013 07:43 (UTC +04:00)

Hollandiya fahişələri dövlət pensiyası tələb edir

Hollandiyada fahişələr hakimiyyəti qarşısında «əməklərinin və ödədikləri vergi qarşılığında» tələb irəli sürüb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, «Dutch news»  yazıb ki, «qədim peşə» sahibləri qanunsevər başqa zəhmətkeşlər kimi onlarda pensiya tələb edib.

 

Niderland krallığında fahişəlik 2002-ci ildən qanuniləşdirilib. O vaxtdan seks-xidmət sahəsinin işçiləri məcburi vergi ödəyicisidir. Ölkə qanunlarına əsasən, onların da dövlət tərəfindən pensiya almaq haqqı var.

 

«Gecə kəpənəkləri»nin çoxu iş verənlərlə müqavilə imzalayıb.

 

«Qədim peşə» ilə məşğul olanların bir qrupu Amsterdam məhkəməsinə müraciət edərək, haqlarının futbolçulara bərabər tutulmasını tələb edib. Çünki futbolçular əlavə dəyər vergisi tutulmadan təqaüd hesablarına ayda 5 min avro keçirə bilər.

 

Fahişələrin vəkilləri bildirib ki, müvəkkillərinin əməyi də ağır fizik əmək sayılır və karyeraları uzun olmur.

 

«Onlar yaxşı bilir ki, 40 yaşdan sonra başqa iş axtarmalıdır. İdmançılardan fərqli olaraq, onlar məşqçi işləyə bilmir. Model biznesində də onlarla çətin maraqlansınlar. Düzdür, bu yaşda olan qadınları bəyənən kişilər də tapılır. Ancaq əksər hallarda gənc fahişələri bəyənirlər» -deyə, vəkil Vil Post bildirib.

 

Məlumata əsasən, amsterdamlı qadınların orta yaşı 30-dur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3238
avatar

Oxşar yazılar