İngiltərənin Glosterşir qraflığından olan xuliqanlar burnunu ucunda Adolf Hitlerin bığına oxşar qara tükü olan 7 yaşlı Baz adlı pişiyi döyüblər.
Lent.az-ın “Deyil Meil”-ə istinadən məlumatına görə, heyvanın sol gözü və qabırğaları ciddi şəkildə zədələnib.
Onun 26 yaşlı sahibi Kristi Sparrou bildirib ki, mayın ortalarından Baz evə gəlməyib. Bir müddət sonra bu gənc qadın pişiyinin fotosunu “Fasebook” -da yerləşdirib. Pişiyi Kristin qonşuları tapıb.
Baytarlar onu müayinə edəndən sonra pişiyin zədələndiyini söyləyiblər. Onun müalicəsinə 600 funt- sterlinq xərclənib.
“Çoxları onun Hitlerə oxşadığını söyləyir. Ancaq Baz çox mülayim və zərifdir”-deyə,sahibi onu tərifləyib.
Pişik müalicə kursu keçməlidir. Baytarlar Kristə pişiyi küçəyə buraxmamağı məsləhət görüblər.
Polis Bazı döyənləri axtarmağa başlayıb.