Bu gün səhər saatlarında paytaxtımıza gələn Türkiyənin tanınmış müğənnisi Hadisə mətbuat konfransı keçirib.
Lent.az-ın mılumatına görə, jurnalistlərə hörmətsizlik edən müğənni mətbuat konfransına 2 saat gec gəlib. O, konfransda Bakı səfərindən ağız dolusu danışıb: “Çox şadam ki, bu gün Bakıdayam. Hər dəfə Bakıya gəldiyimdə şəhərinizin dəyişdiyini görürəm. Azərbaycan musiqisini çox sevirəm. Bu gün Bakıda konsert verib, dərhal Türkiyənin Bursa şəhərinə yola düşürəm. Amma bir neçə günə yəni bazar günü yenidən Bakıya qayıdacacam. Burada özəl tədbirə dəvət almışam. Orada iştirak edəcəyəm”.
Bunu dedikdən sonra o, konsert zalına qalxaraq, ən sevilən mahnılarını ifa edib.