Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin ağ akulası ölüb.
Lent.az-ın «Novosti-Qruziya»-ya istinadən məlumatına görə, bu haqda hüquq müdafiəçisi Nikoloza Mjavanadze xəbər yayıb.
Onun sözlərinə əsasən, İvanişvili baş verən olaydan hiddətlənərək, mütəxəssislərə suyun analiz edilməsini tapşırıb.
«Bidzina İvanişvilinin akulası noyabrın əvvəlində ölüb. Buna səbəb keyfiyyətsiz su olub. Hovuzu su ilə təchiz edən borular standarta uyğun olmayıb» -deyə, hüquq müdafiəçisi bildirib.
Yerli KİV-in məlumatına görə, ağ akula bu ilin oktyabrında İvanişvilinin biznes-mərkəzinə gətirilərək, nəhəng akvarium yerləşdirilib. Ora 25 ton duz tökülüb.
Mütəxəssislər akulanın yaşaması üçün mühit yaratmağa çalışıb.
İvanişilivinin mətbuat katibi Manana Tokmacişvili isə bu xəbəri ilk dəfə eşitdiyini bildirib.