Gürcüstanda yaşan azərbaycanlı modeldən xəbər var
27 iyun 2014 21:04 (UTC +04:00)

Gürcüstanda yaşan azərbaycanlı modeldən xəbər var

Gürcüstanda yaşayan Azərbaycanlı model Ümman Sadıqovdan xəbər var.

 

Lent.az-a açıqlama verən model bildirib ki, o, Gürcüstanda uğura imza atıb: “Gürcüstanda bir çox müsabiqələrin qalibi olmuşam. Bir müddət öncə isə Gürcüstanda modellər arasında keçirilən “Mister Sharm” müsabiqəsinin qalibi oldum. Ən yaraşıqlı oğlan nominasiyasında qalib seçildim. Bu uğur həm mənim, həm də vətənim Azərbaycanın və Gürcüstandakı azərbaycanlıların uğurudur. Bu günə qədər bir çox filmlərin və reklamların əsas siması olmuşam. Bu ildə modellər arasında keçirilən müsabiqəyə hazırlaşıram. Bir neçə rejissordan film təklifləri almışam. Hətta Azərbaycandan da təkliflər olub. Ancaq Azərbaycandan edilən təkliflər ürəyimcə olmadı. Amma növbəti təklifləri gözləyirəm”.

 

 

 

Qeyd edək ki, Gürcüstanda yaşayan U. Sadıqovun 21 yaşı var. O, uşaq yaşlarından Moskvada yaşayıb, daha sonra ailəsi ilə birgə Gürcüstana köçüb. Hazırda aktyorluq fakültəsində təhsil alır.

 

 

 

 

# 1645
avatar

Oxşar yazılar