Günel “Azəri qızı” ləqəbindən imtina etdi
17 yanvar 2014 16:27 (UTC +04:00)

Günel “Azəri qızı” ləqəbindən imtina etdi

Müğənni Azəri qızı Günel 106.3 FM-də yayımlanan “Muleyli” şousunun qonağı olub.


Axşam.az xəbər verir ki, ifaçı təzə ildə bir çox yeniliklərə imza atacağını bildirib:

"Çox ümidliyəm. Albomum işıq üzü görəcək. Qardaşım Tunar Rəhmanoğlu ilə duetimiz hazırdır. İlk dəfə muğam ifa etmişəm. Onu dinləyicilərin ixtiyarına verəcəyəm. Efirlərə ailəmlə birlikdə qatılıram. Doğmalarımla bir olmaq mənə daha xoşdur”. 

Günel “Azəri qızı” ləqəbindəki "qızı" sözündən imtina etdiyini deyib: 

“Bundan sonra adımdakı “qızı” ifadəsindən istifadə etməyəcəyəm. Artıq yaşım artıb, qocalıram (gülür)”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3487
avatar

Oxşar yazılar