Müğənni Günay İbrahimlinin üzünə kosmetik qulluq etdirərkən çəkdirdiyi şəklini İnstagram səhifəsində paylaşması müzakirələrə səbəb olub. Lent.az-ın məlumatına görə, bildirilir ki, o, özünü Röyaya bənzədir. Belə ki, bir müddət bundan öncə Röya belə bir şəklini paylaşmışdı.
Xatırladaq ki, müğənni bir müsahibəsində bildirib ki, Aygün Kazımova və Röyadan sonra kütləni arxasınca aparacaq ifaçı odur.
Qeyd edək ki, bir müddət öncə tərəflər arasında söz- söhbət olsa da Röyanın G. İbrahimlinin konsertinə gül dəstəsi göndərməsi aradakı buzları əridib.