Freddi Merkürinin maşını hərraca çıxarılıb
16 yanvar 2013 07:50 (UTC +04:00)

Freddi Merkürinin maşını hərraca çıxarılıb

Ukraynanın tanınmış artisti Andrey Danilko (səhnə təxüllüsü Verka Serdyuçka) İnjiltərənin Birmingem əyalətində «Coys of Kensington» hərracında 1974 –cü il istehsal edilmiş, məşhur «Queen» qrupunun üzvü Freddi Merküriyə məxsus olmuş «Rolls-Royce Silver Shadow»u əldə edib.

Lent.az-ın «Seqodnya»ya istinadən məlumatına görə, əslən Güney Azərbaycandan olmuş əfsanəvi müğənni bu maşından 1979 - 91-ci illərdə istifadə edib. Avtomobil cəmi yüz min kilometr sürülüb.

 

«Doğrusu bunun belə hay-küy salacağını düşünmürdüm. Mən Merkürinin şəxsi əşyaları satışa çıxarılan hərracda əvvəllərdə iştirak etmişəm. Mən onun yaradıcılığının vurğunuyam» - deyə, Andrey Danilko söyləyib.

Artist «Rolss-Royse»u aldığı qiyməti deməyib. Bununla belə mənbə bildirib ki, hərracda maşının başlanğıc qiyməti 60 min funt sterlinq olub.

Danilko hərraca telefonla qoşulub. O, nadir əşya olduğundan avtomobili minməyəcəyini də deyib.

Xatırladaq ki, Freddi Merkürinin əsl adı Fərrux Balsaradır. O, 1946-cı ildə anadan olub. 1991-ci ildə vəfat edib.

 

# 1138
avatar

Oxşar yazılar