Fransa prezidenti Fransua Ollandın vətəndaş nikahında yaşadığı xanımı Valeri Trieveyler yanvarın 18-də xəstəxanadan çıxıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, «Closer» jurnalında prezidentin aktrisa Jüle Qaya ilə eşq macərası xəbəri yayıldıqdan sonra əsəb sarsıntı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
O, bir həftə xəstəxanada yatıb və hazırda özün yaxşı hiss etdiyi deyilir.
Mənbə xatırladıb ki, Trievelerlə Fransua Olland 2007-ci ildən bir yerdə olsalar da, indiyə kimi bu münasibəti rəsmiləşdirməyiblər.
Valeri xəstəxanada olarkən, F.Olland ona konfet və gül dəstəsi yollayıb, yanvarın 16-da isə onu yoxlayıb.