Bu gün paytaxt məkanlarının birində Azərbaycanın əməkdar artisti, mərhum sənətkar Nəzakət Məmmədovanın anım günü qeyd edilib. Lent.az-ın məlumatına görə, tədbir mərhum sənətkarın repertuarında yer alan “İzim yandırar səni” mahnısı ilə açıq elan edilib. Daha sonra tədbiri giriş sözü ilə açıq elan edən aparıcı mərhum sənətkarın həyat və yaradıcılığından söz açıb. Daha sonra söz xalq artisti Flora Kərimovaya verilib. O, isə N.Məmmədova barəsində danışarkən kövrəldiyini deyib: “Mərhum sənətkar barədə danışmaq mənim üçün çox çətindir. Hər dəfə Nəzakət xanım barədə danışan zaman kövrəlirəm. Allah rəhmət etsin. Bu gün bura gəlməyi özümə borc bildim”.
Daha sonra Gecənin təşkilatçısı prodüser Humay Muxtarova tədbir barədə danışıb: “Hər kəsə minnətdarlığımı bildirirəm ki, bu gecəyə qatılmısınız. Bu layihəni həyata keçirən gənc musiqi araşdırıcısı Ülvi Rzazadədir. Düşünürəm ki, Azərbaycan musiqisində öz sözünü demiş mərhum sənətkarların bir çoxuna bu cür anım gecələri keçirilməlidir”.
Xatırladaq ki, tədbirdə əməkdar artist Elza Seyidcahan, Səlim Abbasov, əməkdar mədəniyyət işçisi Aşıq Samirə, müğənnilərdən Ayan Babakişiyeva, Sevinc Ağaşirinova, Elgün Hüseynov, aparıcılardan Kamran Quliyev, Könül Muxtarova, prodüser Təranə Səmədova, Mədinə Məlik, dj Roşka və başqaları qatılmışdı.
Qeyd edək ki, mərhum sənətkar N. Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Mərhum sənətkar uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllim görmək istəyiblər. Məhz onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlir və Xarici Dillər İnstitutuna daxil olur. Amma gözəl səsi olan gənc Nəzakət musiqidən ayrı yaşaya bilməyəcəyini anlayır və təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti görkəmli sənətkarlar Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında «Bayatı-Qacar» oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət «Lalə» qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır. O, 1980-ci il oktyabrın 21-də Soçidə dünyasını dəyişib.
Flora Kərimovanı kövrəldən səbəb
298