Xalq artisti Fəxrəddin Manafov Facebook-da adına açılan saxta profillə bağlı müraciət edib. Lent. az-ın Moderator.az-a istinadən verdiyi xəbərə görə, F. Manafov bununla bağlı dostlarına xəbərdarlıq edib: “Mənim adımdan Facebookda profil istifadə edirlər, fikirlər yazırlar, dostlarımın mesajlarına cavab verirlər. Şəxsən tanıdığım və tanımadığım hər kəs, tanışlığım olan dostlarım həmin profilə dostluq göndərir, bilməyərəkdən aramızda olan söhbətlərdən bəhs edirlər. Mən təbii ki, aidiyyatı hüquq-mühafizə orqanlarına şikayət edəcəm. Amma burdan məni tanıyan və tanımayan hər kəsə deyirəm ki, mən heç vaxt sosial şəbəkə istifadəçisi olmamışam və olmağı da düşünmürəm. Belə oyunbazlara, mənim adımdan istifadə edib nə məqsədə qulluq etdikləri bəlli olmayanlara aldanıb danışmayın. Dostluq göndərib, mesaj yollamayın.”