Fatimə onu tənqid edənlərə səsləndi
14 may 2014 13:10 (UTC +04:00)

Fatimə onu tənqid edənlərə səsləndi

Azərbaycanın tanınmış rəqqasələrindən olan Fatimə Fətəliyevadan xəbər var. Lent.az-a açıqlama verən rəqqasə bildirib ki, mayın 29-da tələbələri ilə solo konsert verəcək. Həmin konsert isə “Uşaq Filarmoniyasında” baş tutacaq:

 

“Xeyli zamandır düşündüyüm bir işi reallaşdırmaq üzrəyəm. Beş ay öncə pedaqoji fəaliyyətə başlamışam. Hazırda 240 tələbəm var. Mayın 29-da həmin tələblərimlə birgə konsert verəcəm. Bundan başqa həmin gecədə “Fatimə” rəqs ansamblının da çıxışı olacaq. Bu konsert tələbələrimlə birgə səhnə aldığım ilk solo konsert olduğuna görə, “Uşaq Filarmoniyasında” keçirməyi düşündük. Növbəti konsertimiz isə oktyabr, noyabr aylarında daha böyük konsert zalında olacaq. Tələbələrimlə birgə məni  müxtəlif ölkələrdə keçirilən festivallara dəvət edirlər. Tələbələrimdən çox razıyam. İstedadlıdırlar. İnanıram ki, gələcəkdə onların arasından gözəl rəqqasələr yetişəcək”.

 

 

“Göyçək” Fatimə sonra onu tənqid edənlərə səslənib. O, maqazin proqramlarında özlərini reklam edənlərdən danışıb: “Bir çoxları bilir ki, mənim qalmaqalla aram yoxdur. Kimisi mənim adımı çəkir, efirdə reklam, reytinq yığır. Buna isə əhəmiyyət vermirəm. Çünki mən öndə gedənəm. Öndə gedən rəqqasəyə geridə qalanlar daş atırlar. Haqqımda deyilənlərə cavab vermirəm. Çünki tənqidi söyləyənin fikri mənə maraqsızdır. Ən əsası, mən kiminsə rəqsini müzakirə etmirəm. “Ağzı göyçək”lərə demək istəyirəm ki, mən pedaqoq və peşəkar rəqqasəyəm. Azərbaycanda sevilirəm. Bununla da fəxr edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 977
avatar

Oxşar yazılar