Bir müddət əvvəl “Facebook”dakı profilini bağlayan xalq artisti Faiq Ağayev yenidən sosial şəbəkəyə qayıdıb.
Axşam.az-ın məlumatına görə, bir həftədən artıq virtual həyatdan uzaq qalan müğənni bu addımının səbəbini gizli saxlayıb.
Xalq artistinin yenidən “Facebook”a qayıtmasına ən çox sevinənlər isə onun pərəstişkarları olub.
Hər kəsə diqqətinə görə təşəkkür edən Faiq Ağayev bu sözləri yazıb:
“Əziz, mehriban, qayğıkeş dostlar... Mənə ünvanladığınız xoş, dəyərli sözlərə görə, hamınıza minnətdaram. Nə xoş ki, varsınız. Salam. Sizin 100 % F.A.”.