Faiq Ağayev onu sevməyənlərdən danışdı
16 iyul 2014 14:54 (UTC +04:00)

Faiq Ağayev onu sevməyənlərdən danışdı

“Məni  həzm etmək üçün daxilən insan olmalısan”

 

Azərbaycanın xalq artisti, estrada ulduzu Faiq Ağayev sevməyənlərindən söz açıb. “Cənab Qızıl Şlyager” Lent.az-a açıqlamasında 26 illik səhnə fəaliyyəti ərzində qazandığı uğurların bəziləri tərəfindən həzm edilmədiyini dilə gətirib: “Ümumiyyətlə, özgənin uğurunu həzm edə bilənlər azdır. Bunu bacarmaq üçün müdrik və uğurlu adam olmalısan. Day-dayısız, arxa-dayaqsız, sadə bir ailənin üzvü, ölkənin ən gənc əməkdar və xalq artisti, silsilə konsertlər təqdim edən adamı həzm etmək üçün həm də daxilən insan olmalısan. Yəqin daxilən natamam insanlardır məni sevməyən. Mən tamam adamları sevirəm. Natamamlar adətən savadsız və tərbiyəsiz olurlar.

Amma elə adamlar tanıyıram ki, savadsızdır, lakin yüz alimə dəyər. Məsələn, elə adamların yazısında olan səhvlər belə məni maraqlandırmır. Onların düşüncəsi kifayət edir. Bütün hallarda dolu adam olmaq lazımdır. İnsanla gərək söhbətin əhatəli olsun. Danışmağa söz tapasan”.  

 

Daima davranışlarına fikir verən xalq artisti təmkinli adam olduğu üçün özünü olduqca şanslı hesab edir: “Mən çox səbirli insanam. Tərbiyəsiz adamlarla onların dilində deyil, öz dilimdə danışıram. Tərbiyəsizləri  cəmiyyətdən uzaqlaşdıra bilməsəm də, özümdən uzaqlaşdırıram. Amma elə cəmiyyətlər var ki, mən orada tam rahatam və o mühitin adamları ilə ünsiyyət quran xalq artisti Faiq Ağayev deyil. Mənim 10 illiklərlə ölçülən dostluq tarixlərim var. Bax belə adamların yanında çox rahatam”

# 1131

Oxşar yazılar