İstanbulda Hərbiyyə məhəlləsində Möhsün Ərtoğrul adına teatrda erməni yazıçısı Akop Paronyanın «Şərqli diş həkimi» adlı əsərinin tamaşası oynanılır.
Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, tamaşa dekabrın 25-dən 29-dək göstəriləcək.
Akop Paronya (1843-1891) Türkiyədə yaşayıb. Onun əsəri əsasında hazırlanmış bu tamaşa 2011-ci ildən davamlı olaraq göstərilir.
Türkiyə səhnəsində tamaşaya qoyulan ilk əsər sayılır. Paronyanın bu əsəri isə İstanbul həyatını təsvir etməklə yanaşı, ölkənin ictimai durumunu tənqid edir.