Birləşmiş Ərəb Əmirliyində minə yaxın dəvə gözəllik yarışına gətirilib.
Lent.az-ın «Sky News»-a istinadən məlumatına görə, müsabiqədə onların kəlləsinin ölçüsünü, boynunun uzunluğu və hörgüclərinin böyüklüyünü hakim dəyərləndirir.
Mənbə bildirib ki, 2 ayrı müsabiqə keçirilir. Birinci də Birləşmiş Ərəbr Əmirliyi və Omandan «Asayel» cinsli dəvələr, ikinci də isə Səudiyyə Ərəbistanının Necdə bölgəsindən olan «Macami» cinsli qaradərili dəvələr yarışır.
«Səhraların gəmisi» yalnız anatomik göstəricilərinə deyil, həmdə davranışına görə də qiymətləndirilir.
Qalib dəvə 2 milyon funta satıla bilər.
Bu yarış üçün hakimiyyət özəl komissiya yaradır.