"Əsl kişi simpatik və şirin olmalıdır. Bu cür kişiləri bəyənirəm”.
Lent.az-ın məlumatına görə, bu sözləri "Hər şey daxil" verilişində qonaq olan əməkdar artist Nüşabə Ələsgərli deyib: “Üzü təraş olunmuş, köynəyi və geyimi qaydasında olan kişi hər zaman şarmlı görünür. Qadın var ki, ən bahalı parfümü işlədir, amma dünən geyindiyi köynəyi əynində saxlayır. Tərli-tərli o ətirdən vurur. İydən ona yaxın durmaq olmur. Bir qadın tanıyıram, boy-buxun, gözəllik - hamısı yerində, lakin ağzını açıb danışanda özünü biabır edirdi. Heyf o gözəllikdən”.