"Keçən ay xaricə qızımın yanına getmişdim. İndi Bakıdayam. Amma havaların isti keçməsi mənə çox pis təsir edir”. Bunu Lent. az-a xarici ölkəyə səfərə hazırlaşan əməkdar artist Almaz Ələsgərli deyib: “Bakıda havalar çox isti keçir. Buna görə ölkədən kənarda istirahət etməyi düşünürəm. Qızım da bu yaxınlarda bacısının yanına getməlidir. Mən də baxım görüm istirahətimi harada edirəm. Dincəlmək üçün Türkiyə və Fransaya getmək istəyirəm”.