Elzadan Sevgililərə Rekviyem...
09 yanvar 2013 11:43 (UTC +04:00)

Elzadan Sevgililərə Rekviyem...

Azərbaycanın əməkdar artisti, Rəşid Behbudov adına Mahnı Teatrının solisti Elza Seyidcahan “Sevgililərin Rekviyemi” adlı yeni mahnısını və klipi musiqisevərlərə təqdim edir. Mahnının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə Elza Seyidcahanın özünə məxsusdur. Aranjemanı Giviyə məxsus olan mahnının klipinin bir hissəsi Bakıda, digər bir hissəsi isə Türkiyənin İstanbul və Bodrum şəhərlərində çəkilib.

 

Lent.az-ın məlumatına görə, rejissoru Nailə Əkbərova, operatoru Mətləb Yaqubov olan klip bu gündən etibarən televiziya kanallarında nümayiş olunmağa başlayacaq. Yaradıcı qrup mahnı və klipin musiqisevərlər tərəfindən bəyəniləcəyinə ümid edir.

 

Klip Azərbaycan kanalları ilə bərabər Türkiyənin bəzi musiqi kanallarında da nümayiş olunacaq. Elza Seyidcahan artıq klipin Türkiyənin TMB musiqi kanalında nümayiş üçün təqdim olunduğunu deyib və mahnının Azərbaycanla bərabər Türkiyə və dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız tərəfindən də bəyəniləcəyinə inandığını bildirib.

 

 https://www.youtube.com/watch?v=n9yFR9llm5o

# 1042
avatar

Oxşar yazılar