Əməkdar artist Elza Seyidcahan tələbəsi Hacıağa Bağırovla yeni layihə hazırlayıb. Bu barədə Lent.az-a əməkdar artistin özü məlumat verib. O bildirib ki, tələbəsi ilə birgə təqdim edəcəyi yeni layihənin Azərbaycanda analoqu yoxdur: “Hər zaman istedadlı gənclərlə işbirliyi qurmuşam. Bu günə qədər şou-biznesdə bir çox tanınmış müğənnilərlə layihələr etmişəm. Həmin proyektlər çox müzakirələrə səbəb olub. Amma onu da deyim ki, Hacıağa ilə birgə bir müddət sonra təqdim edəcəyimiz bu layihə səs-küyə səbəb olacaq”.
E.Seyidcahan onu da əlavə edib ki, yeni şeirlər yazıb: “Mənim şeir yazmağım mətbuatda çox müzakirə olundu. Bir çoxları müəllifim olmadığım şeirləri mənim adıma çıxıb, şou yaratdılar. Amma bütün bunlar məni ruhdan sala bilməz. Yazdığım şeirlərə şou-biznesin bir çox tanınmış sənətçiləri mahnı da oxuyub. Bunların sırasında müğənni Elton Hüseynəliyev, Gülay Zeynallı və başqalarının adlarını çəkmək olar”.