Elza “Səni araram...” dedi
11 yanvar 2013 15:58 (UTC +04:00)

Elza “Səni araram...” dedi

Azərbaycanın Əməkdar Artisti, Rəşid Behbudov adına Mahnı Teatrının solisti Elza Seyidcahan "Səni araram..." adlı yeni mahnısını musiqisevərlərə təqdim edir.. Mahnının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə Sirus Abbasbəyliyə məxsusdur. Aranjemanın Cavid Cavadoğluya məxsus olduğunu deyən bəstəkar-müğənni Elza Seyidcahan mahnının musiqisevərlər tərəfindən bəyəniləcəyinə ümid etdiyini bildirib. O deyib ki, bu mahnını ilk təqdimatını bir neçə gün əvvəl Türkiyənin tanınmış musiqi kanalı TMB kanalında edib. Bu mahnı ortaq türkcədə yazılıb və ona görə də Türkiyədə böyük diqqət qazandı. Hətta TMB də ilk təqdimatdan dərhal sonra mən dünyanın müxtəlif bölgələrində yaşayan türklərdən məktublar aldım və onlar mahnını bəyəndiklərini deyirdilər. Hətta ABŞ-dan Amerikanın Səsi radiosuna 30 dəqiqəlik müsahibəm zamanı da aparıcı məndən mu mahnı barədə xüsusi soruşdu. Türkiyədən İsveçə getdiyini deyən Elza Seyidcahan iştirak etdiyi tədbirdə bu  mahnının tədbir iştirakçıları tərəfindən çox bəyənildiyini deyib. “Xaricdə yaşayan istedadlı sənətçimiz Cavid Təbrizi hətta mənə bu mahnını ifa etmək arzusunda olduğunu bildirdi və mən də böyük məmnuniyyətlə razılıq verdim” - deyən Elza Seyidcahan bildirib ki, mahnı bu gündən etibarən radiolarda və televiziya kanallarında səslənəcək...

 

http://www.youtube.com/watch?v=OJeWa4Ssv6Y

 

# 1075
avatar

Oxşar yazılar