Ötən gün "O səs Türkiyə" yarışmasının növbəti mərhələsi keçirilib. Lent.az-ın məlumatına görə, dünən azərbaycanlı iştirakçı Elnur Hüseynov öz ifasını təqdim edib. Həmyerlimiz "Daft Punk"ın "Get lucky" mahnısını oxuyub. Onunla yarışan Seda Yiyin isə Sertab Erenerin "Aşk" mahnısını ifa edib. Sonda E.Hüseynov münsiflərin rəğbətini qazanaraq, tamaşaçıların səsverməsi nəticəsində finala bir addım da yaxınlaşıb.
Qeyd edək ki, E.Hüseynov Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşin komandasında yarışır. Yarışmanının digər münsiflər kürsüsündə Mazhar-Özkan cütlüyü, Hadisə və Gökhan Özoğuz əyləşib.