Bu il Azərbaycanı “Eurovision 2015” mahnı müsabiqəsində təmsil edəcək müğənni Elnur Hüseynov iştirak etdiyi yarışmanın birinci yarımfinalına qatılan zaman qoluna qara lent taxıb. Lent.az-ın məlumatına görə, ifaçı daha sonra mediaya açıqlama verərək bildirib ki, o bu addımı Bakıdakı yanğın nəticəsində həlak olanların xatirəsinə hörmət əlaməti olaraq edib: “Nə qədər insanlarımız öldü. Bilmirəm, nə deyim? Allah rəhmət eləsin. Ona görə qoluma qara lent bağladım. Həyatda hər şey olur. Amma belə bir şeylər olanda adamın ürəyi qırılır”.