Əli Mirəliyev: “Mən Röyanı qəbul etmişəmsə... ”
14 mart 2013 13:11 (UTC +04:00)

Əli Mirəliyev: “Mən Röyanı qəbul etmişəmsə... ”

Müğənni Əli Mirəliyev həmkarı Röya Ayxanın müdafiəsinə qalxıb. Lent. az-a açıqlama verən sənətçi deyib ki, Aygünün Röya barədə söylədiklərini  qəbul edə bilmir: “ Aygün  də yaxşı oxuyandır, ifasını bəyənirəm. Amma  səhv edib , Röya barəsində belə  danışıb. Onların janrları  fərqlidir.  Hərəsinin öz pərəstişkarı var.  Aygünün  söylədiklərini ona yaraşdırmıram. Mən Röyanı qəbul etmişəmsə, Aygün Bəylər də qəbul etməlidir.”

 

Qeyd edək ki, əməkdar artist Aygün Bəylər Lent. az-a açıqlamasında “Çoxu sənətlə şou-biznesi qarışdırır. Bəzən mənə sual verirlər ki, Röyaya qulaq asıram? Deyirəm ki, yox. Axı, on beş yaşından Alim Qasımovun səsi ilə böyümüş Aygün Bəylər indi necə Röyaya qulaq assın? Siz özünüz təsəvvür edin. Yeni oxuyanlara necə qulaq asa bilərəm ki? Röyanın sənət aləminə dəxli  yoxdur. Hazırda sənəti bilən var ki? Sənət ailəmi başqadır. Röyaya qulaq asan elə onun kimilərdir, əsl musiqiyə qulaq asanlar isə sənət aləmindən xəbərdar olanlardır.” -  demişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2072
avatar

Yalçın UĞUR

Oxşar yazılar