Eldar Qasımov: “Ehtiyatlı olun...”
14 fevral 2013 16:04 (UTC +04:00)

Eldar Qasımov: “Ehtiyatlı olun...”

“Unutmaq, düşünməmək, maraq itirmək olar, amma inanmıram ki, nə zamansa dəlicəsinə sevdiyin insana qarşı biganə qalmaq mümkündür

 

“Eurovision 2011” Mahnı Müsabiqəsində Azərbaycana birincilik gətirən Eldar Qasımov “Sevgililər günü”ndə yeni mahnı hazırlayıb. Lent.az-ın məlumatına görə, yeni mahnısı haqqında danışan müğənni sevgi haqqında da fikirlərini bölüşüb: “Son vaxtlar sevgidən sınan qəlb mövzusunda mahnı oxumağı çox istəyirdim. Amma bu artıq əzab çəkən ürək deyil. Bu mahnı yuxusuz gecələr və qarşılıqsız sevginin göz yaşlarından bəhs etmir. Fikirləşirəm ki, yaralı könül, parçalanan ürək hissi çoxlarına tanışdır. Və uzunmüddətli təklik düşüncələri içində öz-özünə təsəlli axtararaq sadəcə bunu qışqırmaq istəyirsən: “Sənə xoşbəxtlik arzulayıram! Qoy həyatında hər şey çox uğurlu alınsın! Sən buna layiqsən və mən bunu bilməyimə görə şadam!” Əlbəttə hərdən özünün də pis yaşamadığını, hər şeyin əla olduğunu göstərmək istəyirsən, eyni zamanda həyatındakı əziz insanları itirməməyə çalışmaq lazımdır. Ona görə göstərmək istəyirsən, çünki sevdiyin insana qarşı sakit və biganə heç vaxt ola bilməzsən. Unutmaq, düşünməmək, maraq itirmək olar, amma inanmıram ki, nə zamansa dəlicəsinə sevdiyin insana qarşı biganə qala bilərsən. Sizə nəql etdiyim bu hisslərin hər birini mənim yeni “Heartbreaker” mahnımda eşidə biləcəksiniz. Ehtiyatlı olun...heç kəsin qəlbini sındırmayın, nə badə...”

 

Mahnının musiqisi bəstəkar və prodüser İsa Məlikova, sözləri Grace James, Eldar Qasımova məxsusdur. Musiqi prodüseri danimarkalı bəstəkar Bo Larsendir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Oxşar yazılar